3 iyun 2015 13:30

Vidadi Rzayev: Hamımızın bir hədəfi var - Kəpəzi güclü komandaya çevirmək!

Azərbaycanın veteran futbolçusu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi

- "Neftçi" və "Qarabağ"ın veteranları arasında ötən gün baş tutan yoldaşlıq matçı ilə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Bütün təşkilatçılara minnətdarlığımı bildirmək istərdim. Çox gözəl oyun alındı. 1996-cı ildə biz qələbə qazanmışdıq. Bu gün isə heç-heçə qeydə alındı.

- Bəs bu il baş tutacaq finalda hansı komandanı favorit hesab edirsiniz?
- Qoy güclü olan qalib gəlsin. Həm "Neftçi", həm də "Qarabağ" mənə doğma komandadır. Hər ikisinə uğurlar arzulayıram.

- Yəni, favorit yoxdur?
- Bu, finaldır, belə oyunlarla bağlı dəqiq proqnoz vermək çətindir. Çempionatdakı oyunlarla bu görüşü müqayisə etməyə də dəyməz. Burada hər şey fərqli olacaq. Şansları əllinin əlliyə hesab edirəm. Hətta əlavə vaxt və penalti seriyası da ola bilər.

- Amma "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Neftçi"nin favorit olduğunu deyib...
- O, belə danışmalıdır, mən onu başa düşürəm (gülür).

- "Kəpəz"də bundan sonra nə işlə məşğul olacaqsınız?
- Məni 19 yaşadək futbolçulardan ibarət komandalara idman direktoru təyin ediblər.

- Niyə sizinlə baş məşqçi kimi yeni müqavilə imzalamadılar?
- Əsas problemlərdən biri mənim sadəcə, B kateqoriyalı məşqçi lisenziyamın olmasıdır. Öncə A, sonra isə Pro kateqoriyasını almalıyam. Komandanın yeni baş məşqçisi Şahin Diniyevə uğurlar arzulayıram. Bizim hamımızın bir hədəfi var - "Kəpəz"i güclü komanda etmək.

- Komandanın bir müddət ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalması sizi narahat etmir?
- Şəhər icra hakimiyyəti bizim ev oyunlarımızı Gəncədə keçirməyimiz üçün əlindən gələni edir. Ola bilər ki, ilk oyunumuzu elə öz stadionumuzda keçirək. Baxaq, görək necə olacaq.

- Azərbaycan yığmasının Serbiya və Norveçlə oyunlarından nə gözləyirsiniz?
- Berti Foqtsdan fərqli olaraq, Robert Prosineçki demək olar ki, Azərbaycanda yaşayır. Bu, çox yaxşıdır. Çox istərdim ki, onda hər şey alınsın və komandamız Norveçdən yaxşı nəticə ilə qayıtsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.