3 iyun 2015 12:30
Milli komandamızın Prezident kuboku turnirindəki oyunlarının təqvimi
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku”turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Tiflisdəki toplanış ərzində yığmamızın iki yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
“Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:
22 iyun
Belarus – Azərbaycan
23 iyun
Rusiya-2 – Azərbaycan
25 iyun
Gürcüstan – Azərbaycan
