3 iyun 2015 12:00

Aslan Kərimov: Kuboku Qarabağ qazanacaq

Azərbaycanın veteran futbolçusu Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- Ötən gün Azərbaycan Kubokunun 19 il əvvəlki kubokun finalçılarının yoldaşlıq görüşü baş tutdu. Yenidən həmin futbolçularla meydanda üz-üzə gəlmək necə idi?
- Həmin dövrü yenidən yada salmaq xoş idi. Meydana demək olar ki, həmin heyətdə yer alan futbolçular çıxmışdılar. Nostalji hisslər yaşadıq.

- Yoldaşlıq görüşlərində nəticə adətən öncədən razılaşdırılır. Bu oyunda da elə idi?
- Xeyr. Sadəcə, matçın sonlarında yorğunluq var idi. Çünki artıq çox qaçacaq yaşda deyilik.

- "Neftçi" ilə "Qarabağ" arasındakı final görüşündən nə gözləyirsiniz?
- Təbii ki, favorit "Qarabağ"dır. Onlar bu görüşə daha az itki ilə çıxacaqlar. Mənəvi baxımdan da hazırda onlar daha yaxşı vəziyyətdədirlər. Çempionatda da qələbə qazanıblar. İtiriləsi heç nələri yoxdur. "Neftçi"də isə hər şey fərqlidir. Premyer Liqada da 4-cü olduqlarını nəzərə alsaq, vəziyyətləri elə də yaxşı deyil. İndi çempionatdakı uğursuzluğu unutdurmaq üçün kuboku qazanmaq vacibdir. Flavinyonun yoxluğunu da qeyd etmək lazımdır.

- Bütün müsbət və mənfi məqamları nəzərə alsaq, proqnozunuz necədir?
- "Qarabağ"ın böyük hesabla qalib gələcəyini gözləmirəm. Amma bu komanda kuboku qazana bilər. Üstünlüyü məhz bu komandaya verirəm.

- Bir neçə gün sonra Azərbaycan yığması Serbiya ilə yoxlama matçında üz-üzə gələcək. Bu görüşlə bağlı nə düşünürsünüz?
- Çox çətin olacaq. Amma bu oyundakı nəticə göstərici sayılmamalıdır. Sadəcə, bu oyunda biz komandanın Norveçlə seçmə mərhələ oyununa nə dərəcədə hazır olduğunu görəcəyik.

- Norveçdən xal ala bilərik?
- Ola bilər. Bakıdakı oyunda xal alabilərdik. Amma həmin görüşdə rəqib komandanın necə güclü olduğunu hamı gördü. Bu dəfə isə oyun Osloda baş tutacaq. Adətən belə texnikalı komandalarla oyunlar bizim üçün daha çətin olur. Çox ağır olacaq. Çünki Robert Prosineçki hələ öz komandasını tam formalaşdıra bilməyib. İndi daha çox Berti Foqtsun komandası oynayır.

- Bəs sizcə, Prosineçkinin komandasını nə vaxt görəcəyik?
- Daha 3-4 aya ehtiyac var. Əlbəttə, onun ideyalarını artıq görmək olur. Amma bunu xorvatın komandası saymaq olmaz. Təxminən sentyabra qədər formalaşma davam edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.