3 iyun 2015 11:45
Kamran Ağayev Serbiya və Norveçə qarşı oynaya biləcək
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Serbiya ilə yoxlama, Norveçlə AÇ-2016-nın seçmə mərhələ oyununda meydana çıxa biləcək. Azerisport.az xəbər verir ki, Türkiyənin "Kayserispor" klubunun düşərgəsində əlindən aldığı zədə səbəbindən mövsümün son turlarında oynaya bilməyən futbolçumuz artıq sağalıb.
Avstriya toplanışında o, komanda üzvləri ilə birgə hazırlaşır və yığmamızın start heyətində yer alması üçün heç bir problem qalmayıb.
