3 iyun 2015 00:25
Sumqayıt Nuran Qurbanovu heyətinə qatdı
"Sumqayıt" Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Məhəmməd Alıyevin ardından Nuran Qurbanov da sözügedən klubla müqavilə imzalayıb.
Ötən mövsümü "Bakı"da keçirmiş 22 yaşlı futbolçu 2 illik sazişə imza atıb.
