3 iyun 2015 00:10
U-16 Liqasının qaliblərinə mükafatlar təqdim olundu
AFFA-nın inzibati binasında U-16 Liqasını ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.
Qeyd edək ki, U-16 Liqasının 2014/2015-ci il mövsümünün qalibi "Qarabağ" komandası olub. "Qəbələ" ikinci, "Neftçi" isə üçüncü yeri tutub.









