2 iyun 2015 21:45
Qara Qarayev: Çoxdan idi belə atmosferdə oyuna hazırlaşmırdıq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Neftçi" ilə görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Qəbələdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
"Görürəm ki, oyunu izləməyə çoxlu mətbuat nümayəndəsi gəlib. Deməli, sabahkı oyuna maraq böyükdür. Çoxdan idi belə atmosferdə oyuna hazırlaşmırdıq. Maraqlı olacaq. Mövsümün sonu olduğundan komandada bir qədər yorğunluq var. Amma hələ futbol ili başa çatmayıb. Yaxşı oynamağa istək həmişə var. Ona görə də yorğunluq bizim oyunumuza təsir etməyəcək".
