2 iyun 2015 20:00
Ramin Musayev: Zlatan İbrahimoviç kubokun finalına bilet də almayıb
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sabah Qəbələdə "Qarabağ"la "Neftçi" arasında keçiriləcək ölkə kubokunun final matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə, klub rəhbərliyinə, bütün işçilərinə təşəkkürümü bildirmək istərdim. Burada təşkilatçılıq baxımından heç bir problemlə üzləşmədik. "Qəbələ" bizdən daha çox çalışır. Sabahkı finalda isə ən güclü qalib gəlsin. Çünki bu, avrokuboklar öncəsi sonuncu rəsmi oyun olacaq".
Musayev İsveç yığmasının və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin Azərbaycana səfərinə də zarafatyana münasibət bildirib: "Zlatan? O kimdir ki? Bizdə elə futbolçu yoxur. O, heç kubokun finalına bilet də almayıb".
