2 iyun 2015 19:45
Ramin Musayev: Neftçiyə azarkeşlik edirdim, hakimdən isə narazı qaldım
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qəbələdə "Qarabağ"la "Neftçi"nin veteranları arasında keçirilmiş yoldaşlıq görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda nəticə önəm daşımırdı. Əsas odur ki, oyun baş tutdu. Biz sanki keçmişə qayıtdıq. Bu, çox xoşdur. Bu oyunu keçirməyi bizə AFFA prezidenti Rövnəq Abdullayev məsləhət bilmişdi. Bu gün mən "Neftçi"yə azarkeşlik edirdim. Baş hakim Tahir Süleymanovun idarəçiliyindən isə narazı qaldım" (gülür).
