2 iyun 2015 17:30
AFFA Gəncədə MY-nin futbol məktəbini aça bilər
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, İngiltərənin "Mançester Yunayted" klubunun Gəncədə uşaq futbol mətkəbi açıla bilər. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz Gəncədə də MY-nin uşaq futbolunun məktəbinin açılmasını istəyirik. Məktəbin bu şəhərdəki filialı təkcə Gəncədə yox, həm də regionda futbolun inkişafına böyük təkan verə bilər. Fikrimcə, orada MY-nin uşaq futbol məktəbinə daha çox uşaq cəlb etmək olar".
