2 iyun 2015 16:30

MY Yay Futbol Məktəbinin təlim-məşq toplanışına həsr olunmuş brifinq keçirilib

“Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışına həsr olunmuş brifinq keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

Seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda  ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edir.

Bu məqsədlə bu gün Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell şirkətinin Baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçirilib. Əvvəlcə Bakcell şirkətinin Baş marketinq direktoru M.Toycheva çıxış edərək layihənin əhəmiyyətindən danışıb AFFA ilə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov isə layihə haqda daha geniş məlumat verərək “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərinin Azərbaycanın hər regionunu əhatə etdiyini və 1000-ə yaxın uşağın seçimlərə qatıldığını bildirib. Seçimlərdə fərqlənən uşaqlardan 34 nəfərin Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak etdiyini xatırladıb.

Daha sonra Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett seçim prossesi haqda danışaraq daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirdiklərini qeyd edib.

Xatırladaq ki, iyunun 5–dək davam edəcək təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.