2 iyun 2015 15:30
Dmitri Nazarov zədələnsə də, millimizə kömək edə biləcək
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov zədələnib. Azerisport.az xəbər verir ki, o, "Hamburq"la pley-offun cavab matçında sıradan çıxıb.
Lakin həkimlərin rəyinə görə, futbolçumuzun zədəsi ciddi deyil. Bu gün Avstriyada təlim-məşq toplanışında olan yığmamızın düşərgəsinə qoşulacaq Nazarov qarşıdakı Serbiya ilə yoxlama, eləcə də Norveçlə seçmə mərhələ oyununda meydana çıxa biləcək.
