2 iyun 2015 15:00
Qarabağla Neftçinin veteran futbolçuları üz-üzə
Bu gün "Qarabağ" və "Neftçi"nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmada Qəbələdə baş tutacaq.
Azərbaycan Kubokunun final matçı öncəsi baş tutacaq bu görüş təsadüfi planlaşdırılmayıb. Belə ki, 1996-cı ildə ölkə kubokunun finalında da "Qarabağ"la "Neftçi" üz-üzə gəlmişdi. Həmin vaxt paytaxt klubu 3:0 hesabıyla qalib gəlmişdi. Bu gün də məhz həmin oyunun iştirakçılarının meydana çıxması gözlənilir.
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" klubları sabah növbəti Azərbaycan Kubokunun final matçında qarşılaşacaqlar.
