2 iyun 2015 14:00

Elxan Məmmədov: Norveç ilə oyundan qələbə gözləyirik

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

O, öncə İsveç yığmasının və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviçin ölkəmizə səfərindən danışıb: "Onun səfərindən biz də ötən gün xəbər tutduq. İbrahimoviçlə görüşmək istəyənlər çoxdur, bununla bağlı bizə də çoxlu zəng edənlər, şəkilə çəkdirmək istəyənlər var. Hazırda Bakıda Avropa Oyunlarına hazırlıq gedir. Ölkəmizə tanınmış futbolçularla bərabər çoxlu əcnəbi gələcək. Kimsə istirahətə gəlir, kimsə işləri ilə əlaqədar. Amma biz İbrahimoviçlə bu barədə heç bir müzakirə aparmamışıq. Onu hansısa layihəmizə dəvət etməklə də bağlı bir ideya yoxdur".

Məmmədov bir neçə gün öncə baş tutan FİFA-nın prezident seçkisindən də danışıb: "Biz konkret hansısa bir namizədə yox, futbolun inkişafına səs verdik. Səsvermə ərəfəsində UEFA prezidenti Mişel Platini çıxış edərək Avropa ölkələrini İordaniya şahzadəsi Əli bin əl-Hüseynə səs verməyə çağırdı. Amma bu, onun şəxsi fikri idi. Səsvermə zamanı çoxlu məqamlar var idi. Kimə səs verdiyimizi açıqlamaq istəməzdim. Çünki biz həm FİFA-nın, həm də UEFA-nın üzvüyük".

AFFA rəsmisi maliyyə problemləri ilə üzləşən "İnter"in durumuna da toxunub: "Ötən gün klub prezidenti Georgi Nikolovla görüşdüm. O, mənə söz verdi ki, komandanın avrokuboklarda iştirakı baxımından heç bir problem olmayacaq. Amma əsas məsələ nəticə yox, turnirdə iştirak olacaq. Başa düşürük ki, klub ətrafındakı problemləri həll etmək lazımdır. "İnter"i növbəti mövsümdə Premyer Liqanın iştirakçıları arasında görmək istəyirəm. Belə bir komandanı itirmək olmaz. Klublarımızın sayının azalmasını istəmirik. Bizə sabitlik lazımdır. Maliyyə problemləri digər ölkələrdə də var. "İnter" və "Simurq"u Premyer Liqada saxlamaq üçün bizə konkret planlar qurmaq lazımdır. Maliyyə problemlərinin olmasından hələ mart ayından etibarən xəbərimiz var. İnanın ki, biz də bu problemlərin həlli üçün çalışırıq".

Məmmədov hazırda futbolla bağlı yeni dövlət proqramı hazırladıqlarını dilə gətirib: "AFFA 2015-2025-ci illəri əhatə edən yeni dövlət proqramı hazırlayı. Bu məsələdə dövlətin də yardımına ehtiyac duyuruq. Müxtəlif rəqəmlər səsləndirilir. Guya proqramda hər kluba 1.5 milyon manat məbləğində maliyyə yardımının göstərilməsi qeyd olunub. Amma biz proqramda konkret rəqəmlər göstərməmişik".

Baş katib "Neftçi" və "Qarabağ" arasında baş tutacaq kubokun final oyunu barədə də fikirlərini açıqlayıb: "Neftçi"də son dövrlər dəyişikliklər baş verir. Amma komandanın kuboku qazanmaq üçün stimulu var. Çünki onlar mövsümü titulsuz başa vurmaq təhlükəsi ilə üz-üzədirlər. "Qarabağ" isə son iki mövsümdə sabit oyun sərgiləyir. Ona görə də proqnoz vermək çətindir".

Məmmədov lisenziya ala bilməyən divizion klublarından da danışıb: "Birinci divizion klublarının Premyer Liqaya vəsiqə qazansa da, lisenziya problemlərini həll edə bilməməsi bizi də narahat edir. Klublarımız başa düşməlidirlər ki, bunun üçün peşəkar olmaq, sabit çıxış etmək lazımdır. Lisenziya məsələlərini də vaxtında və dolğun şəkildə yoluna qoymaq vacibdir".

Məmmədov yığmamızın Serbiya və Norveçlə oyunlarından gözləntilərini də dilə gətirib: "Serbiya ilə görüş Robert Prosineçkinin komandası üçün ilk belə ciddi sınaq olacaq. Bu oyun futbolçuları sınaqdan keçirmək baxımından önəmlidir. Norveçlə oyundan isə qələbə gözləyirik. Hələlik, üç xal toplaya bilmişik. Ona görə də üç xal qazanmağa borcluyuq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.