2 iyun 2015 13:45
Qarabağ Qəbələyə yola düşdü
Azərbaycan Kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq "Qarabağ" bu gün Qəbələyə yollanır. Azerisport.az xəbər verir ki, bu gün bazasındakı stadionda səhər məşqi ilə kifayətlənən komanda sabaha da 1 məşq planlaşdırıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu iyunun 3-də saat 21:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.
