2 iyun 2015 13:30
"Robert Prosineçki hələ FİFA razılığını verənədək Pavel Paşayevin oyunlarını izləyirdi"
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasına yeni dəvət alan Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayevlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Paşayevin yığmamızda möhkəmlənəcəyini düşünürəm. O, peşəkardır və başa düşür ki, bunun üçün özünü yaxşı tərəfdən göstərməsi lazımdır. Baş məşqçi Robert Prosineçki hələ FİFA razılığını verənədək də onun "Metallurq"dakı oyunlarını izləyirdi".
