2 iyun 2015 13:00
MY-nin ulduzu Bakıya gələcək
İngiltərənin "Mançester Yunayted" klubunun ulduzlarından biri Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, həmin ulduz futbolçunun kimliyi hələlik bəlli deyil.
Amma o, Bakıya iyunun 5-də gələcək. Çünki həmin gün Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışının final seçimləri baş tutacaq. Elə səfərin məqsədi də məhz bu mərasimdə iştirakdır.
