2 iyun 2015 12:45
Elxan Məmmədov: İki il ərzində uşaqların sayı 677-dən 965-ə yüksəlib
AFFA-nın baş katibi Elxan Məmmədov "Mançester Yunayted" Yay Futbol Məktəbi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, inkişafda olan layihədir. Layihəyə qoşulan uşaqların sayı hər il artır. İki il ərzində uşaqların sayı 677-dən 965-ə yüksəlib. "Mançester Yunayted" brenddir, markadır. Biz Azərbaycan futbolunun gələcəyini düşünürük".
