2 iyun 2015 12:30

Qara Qarayev: Rəşad Sadıqov Neftçi ilə bağlı dediyində haqlı idi

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- Kubokun finalına hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Əsas odur ki, zədəlimiz yoxdur. Bu, bizi çox sevindirir. Hazırlığımız da plan üzrə gedir.

- Final matçı barədə nə düşünürsünüz?
- Motivasiya çox yüksəkdir. Bu, mənim üçün ilk final matçı olacaq. Allah eləsin ki, uğurlu alınsın.

- Komandanızın kapitanı Rəşad Sadıqov bəyan edib ki, finalın favoriti "Neftçidir, amma əks düşərgədə fərqli düşünürlər. Bəs siz necə düşünürsünüz?
- Fikrimcə, Rəşad haqlıdır, favorit "Neftçi"dir. Çünki bu komanda kubokun finallarında çox uğurlu çıxış edir.

- Amma "Neftçi" bu mövsüm komandanıza qalib gələ bilməyib. Çox güman ki, bu fakt rəqib komanda üzərində təzyiq də yarada bilər. Bu isə sizin üçün müsbət məqamlardan sayılmalıdır.
- Mən isə əksini düşünürəm. Bu, "Neftçi"nin meydana daha böyük istəklə çıxacağını deməyə əsas verir. Onlar mövsümün son oyununda qələbə qazanmağa çalışacaqlar.

- "Qarabağ" çempionluqla kifayətlənəcək, ya "qızıl dubl" etməyi çox istəyir?
- Əlbəttə, hamımız "qızıl dubl"a imza atmağı çox istəyirik. Hər iki cəbhədə uğura imza atmaq çox gözəl olardı. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, istəyimizə çatacağıq. Qarşıda bizi çətin 90 dəqiqə gözləyir. Mümkündür ki, oyun 120 dəqiqə də davam etsin.

- "Qarabağ"ın yeni transferlərindən Coşqun Diniyevlə Vüqar Mustafayev sizin mövqeyinizdə çıxış edir. Bu, komandada rəqabəti artıracaq?
- Mövqelərimiz eyni olsa da, düşünmürəm ki, onlar mənim mövqeyimdə oynamaq üçün götürülüb. Onlar sadəcə, komandamıza kömək etmək üçün alınıblar. Əminəm ki, onlar bizə çox faydalı olacaqlar. Çünki həm Coşqun, həm də Vüqar yaxşı futbolçudur. Rəqabət burada həmişə güclü olub.

- Ola bilər ki, Qurban Qurbanov artıq sizi hansısa xarici klubda gördüyü üçün mövqeyinizə birdən-birə iki yeni futbolçu alıb?
- Bunu bilmirəm. Qurban Qurbanov bizimlə çox yaxındır. Lazım olsaydı, xarici kluba keçməyimlə bağlı söhbət edərdi. İndi isə buradayıq və komandamıza kömək etmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.