2 iyun 2015 00:50
Nazarovun komandası əsas Bundesliqaya yüksələ bilmədi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanmaq şansını əldən verib. Azerisport.az xəbər verir ki, "Hamburq"a qarşı səfərdə keçirilən ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan futbolçumuzun komandası ev oyununda bu uğurun davamını gətirə bilməyib.
Cavab görüşündə də 90 dəqiqə 1:1 hesabıyla başa çatdığından, qarşılaşma əlavə vaxta gedib. 117-ci dəqiqədə isə "Hamburq" qələbə qolunu vurub. 120-ci dəqiqədə "Karlsrue" penalti qazansa da, rəqib qapıçı qola imkan verməyib. Nəticədə, "Hamburq" əsas, "Karlsrue" isə ikinci Bundesliqada qalıb.
Qeyd edək ki, start heyətdə meydana çıxan Nazarov 120 dəqiqə meydanda olub.
