1 iyun 2015 21:30
Neftçi artıq Qəbələdədir
Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Qarabağ" klubu ilə qarşılaşacaq "Neftçi" bu gün Qəbələ rayonuna yollanıb. Azerisport.az xəbər verir ki, "Qafqaz Resort" otelində məskunlaşmış komanda oyun öncəsi son məşqə sabah saat 21:00-da çıxacaq.
Bundan yarım saat əvvəl isə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.






