1 iyun 2015 19:00
Faiq Babanlı: Zlatan İbrahimoviçi Azərbaycana mən dəvət etmişəm
İsveçin və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Azərbaycana qaydasız döyüş üzrə idmançı Faiq Babanlı tərəfindən dəvət olunub. Bunu azerisport.az saytına açıqlamasında ötənlərin məşhur idmançısı özü açıqlayıb:
"Zlatan mənim şəxsi qonağımdır, Bakıya da mənim dəvətimlə gəlib. Düşünməyin ki, bu hansısa reklam və ya piar xarakteri daşıyır. Sadəcə, biz dostuq və onu ölkəmizə dəvət etdim. Bir işi çıxmasa, dörd gün burada qalacaq. Bu müddət ərzində ona Bakını və bəzi regionlarımızı göstərmək istəyirəm. Qoy İbrahimoviç Azərbaycanın gözəlliklərini görsün və mədəniyyətimizlə tanış olsun".
