1 iyun 2015 18:00
Azərbaycan millisi 3 pillə irəliləyəcək
Azərbaycan yığması FİFA-nın yeni reytinq cədvəlində irəliləyəcək. Azerisport.az xəbər verir ki, iyun ayı üçün açıqlanacaq siyahıda yığmamızın 3 pillə önə keçməsi gözlənilir.
Belə ki, Robert Prosineçkinin komandası 272 xalla 113-cü pillədə qərarlaşacaq.
