1 iyun 2015 16:00
Abdulla Abatsiyev: Neftçidən mənə heç kim müraciət etməyib
"İnter"in sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyev "Neftçi" ilə danışıqlar apardığı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"dən mənə heç kim müraciət etməyib. Hələ ki, mənimlə bağlı yayılan bütün xəbərlər şayiədir. "İnter"lə müqaviləmin müddəti başa çatıb. Amma gələcək karyeramla bağlı hələ dəqiq heç nə deyə bilmərəm. Hələ menecerimlə gələcəyimi müzakirə etməmişəm".
