1 iyun 2015 15:15
Azərbaycan Avropada 16-cıdır
Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, iyunun 1-nə olan dünya reytinq sıralamasında Azərbaycan 308 xalla 43-cü yerdə qərarlaşıb.
Avropa ölkələri arasında isə Azərbaycan 16-cı yerdə gedir.
Avropa Oyunlarında millimizlə eyni qrupda yer alan yığma komandaların reytinqdəki mövqeləri isə belədir: İsveçrə (1635 xal, 3-cü pillə), Portuqaliya (1461, 4) Ukrayna (611, 18).
Dünya reytinqinə Rusiya başçılıq edir - 2585 xal. Bu ölkənin əsas izləyicisi isə Braziliyadır – 2580.
