1 iyun 2015 14:00
Qazzayev Neftçi xəbərini təkzib etdi
Qazaxıstanın "Aktobe" klubunun baş məşqçisi Vladimir Qazzayev Azərbaycan "Neftçi"sini çalışdıracağı barədə xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Hesab edirəm ki, bu barədə informasiya bizim "Astana" ilə iki vacib oyunumuz öncəsi komandamızda vəziyyəti gərginləşdirmək üçün ortaya atılmış təxribatdan başqa bir şey deyil. Atam doğrudan da bir müddət öncə Bakıda olub. Amma o, öz şəxsi işləri ilə əlaqədar getmişdi. Komandamdan getmək barədə düşünmürəm".
Qeyd edək ki, Vladimir məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin oğludur.
