1 iyun 2015 13:15
MY Yay Futbol Məktəbinin toplanışı başlayıb
Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gündən etibarən Bayıl stadionunda “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, iyunun 5-dək davam edəcək məşqlərə ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopher rəhbərlik edir.
Toplanışda iştirak üçün mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş seleksiya prosesində 8-12 yaş arası 2-si qapıçı olmaqla 34 uşaq seçilib.




















