1 iyun 2015 12:45
Millimizdən bir məğlubiyyət, bir qələbə
Xəbər verdiyimiz kimi, mayın 29-dan 31-nə qədər Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yğmasının seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunub. Azerisport.az xəbər verir ki, yığmamız toplanış ərzində “Şuşa” klubu ilə iki yoldaşlıq oyunu keçirib. İlk oyunda 1:2 hesabı ilə məğlub olan U-19 növbəti qarşılaşmada qələbə qazanıb – 1:0.










