1 iyun 2015 12:30
Paşayev: Azərbaycanlıyam və Azərbaycan millisində oynayacağım üçün şadam
Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev Azərbaycan yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasına dəvət almağıma görə çox şadam. Çünki atam kimi, mən də azərbaycanlıyam. Qohumlarımız Bakıda yaşayırlar. Valideynlərim də bu seçimimə çox sevinirlər. Azərbaycan yığması hazırda inkişafdadır. Qarşıda bizi uğurlar gözləyir. Mən buna inanıram".
