1 iyun 2015 12:15
Emil Balayev 90 dəqiqə oynadı, komandası darmadağına sevindi
Almaniyanın "Ayntraxt" klubu növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi "Zolberq"lə qarşılaşıb.
Qarşılaşma 6:0 hesabıyla Bundesliqa klubunun xeyrinə başa çatıb. Bu oyunda Azərbaycan yığmasının qapıçısı Emil Balayev "Ayntraxt"da 90 dəqiqə meydanda olub və növbəti dəfə qol buraxmayıb.
Maraqlıdır ki, bu oyunda vurulan qollardan birini Emilin rəqabət apardığı əsas qapıçı Kevin Trapp vurub.
