1 iyun 2015 00:40
Anar Nəzirov Zirəyə keçə bilər
"Qəbələ"nin qapıçısı Anar Nəzirov bölgə klubundan ayrıla bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində Topaz Premyer Liqasının debütantı "Zirə" maraqlıdır.
İstisna edilmir ki, "Qəbələ" bu qapıçının digər elita təmsilçisinə keçidinə şərait yaratsın.
