Avroliqadakı klublarımızın potensial rəqibləri
İyulun 1-də Avropa Liqasında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər veir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində bu il Azərbaycanı "Neftçi", "İnter" və "Qəbələ" təmsil edəcək.
"Neftçi" və "İnter" reytinqinə görə daha güclü klubların yer aldığı səpələnmişlər səbətində olacağına görə, ilk təsnifat mərhələsinin püşkatması zamanı özündən zəif rəqiblərlə qarşılaşmaq şansına malik olacaq. Hazırda bu iki klubumuz 51 potensial rəqibindən 48-ni tanıyır. Bunlar aşağıdakı komandalardır:
"Flora" (Estoniya), "Nomme Kalyu" (Estoniya), "Skonto" (Latviya), "Sutyeska Niksiç" (Çernoqoriya), "Vikinqur" (Farer adaları), "Renova" (Makedoniya), "Odd Qrenland" (Norveç), "Kukesi" (Albaniya), "Şkendiya" (Makedoniya), "Tiraspol" (Moldova), MTK (Macarıstan), "Mladost" (Çernoqoriya), "Kayrat" (Qazaxıstan), "Ordabası" (Qazaxıstan), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Kalev" (Estoniya), "Saksan" (Moldova), "Dinamo" (Batumi, Gürcüstan), "Spartak" (Gürcüstan), "Laçi" (Albaniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Laxti" (Finlandiya), "Vikinqur" (İslandiya), "Yelqava" (Latviya), "Olimpik" (Bosniya və Herseqovina), "Runavik" (Farer adaları), "Sant Xuliya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), "Yuni Kollec" (İrlandiya), "Kruoya" (Litva), "La Fiorita" (San Marino), "Partizani" (Albaniya), "Proqres" (Lüksemburq), "Yuvenes" (Lüksemburq), "Kollec Avropa" (Cəbəllütariq), "Eyrbas" (Uels), "Trakay" (Litva), "Spartak" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Nyu Taun" (Uels);
“İnter” və “Neftçi”ylə müqayisədə "Qəbələ"nin avrokuboklarda reytinqi aşağı olduğundan, bu komanda səpələnməmişlər arasında yer alacaq. Bu isə o deməkdir ki, digər klublarımızla müqayisədə “qırmızı-qaralar”ı nisbətən çətin rəqiblərlə sınaq gözləyir. Səpələnmişlər səbətində isə artıq 47 potensial rəqibdən 45-i bəllidir.
"Vest-Hem" (İngiltərə), “Torpedo” (Belarus), “Şaxtyor” (Belarus), “Aktobe” (Qazaxıstan), “Şerif” (Moldova), “Daçiya” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), “Slovan” (Slovakiya), “Jilina” (Slovakiya), “Spartak” (Slovakiya), “Elfsborq” (İsveç), AİK (İsveç), “Höteborq” (İsveç), “Rusenborq” (Norveç), “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Hafnarfyordur” (İslandiya), “Şemrok Rovers” (İrlandiya), “Sent-Patriks” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Diffeerdanj” (Lüksemburq), “Srvena Zvezda” (Serbiya), “Voyvodina” (Serbiya), “Buduçnost” (Çernoqoriya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Omoniya” (Kipr), “Botosani” (Rumıniya), “Koper” (Sloveniya), “Qo Ehed İqls” (Hollandiya), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Birkirkara” (Malta), “Rabotniçki” (Makedoniya), “Aberdin” (Şotlandiya) və “HB Torshavn” (Farer adaları), "Bröndbü" (Danimarka), "Sent-Conston" (Şotlandiya), "Jelezniçar" (Bosniya və Herseqovina), "Randers" (Danimarka), "Lokomotiv" (Xorvatiya), "Beytar" (İsrail), "Jrinski" (Bosniya və Herseqovina), "Domjale" (Sloveniya), "Vaduts" (Lixtenşteyn).
Avroliqaya vəsiqə qazansa da, hələlik, hansı səbətdə yer alacağı dəqiqləşməyən iştirakçılar da var. Bunlar "Çelye" (Sloveniya), "Ferençvaroş" (Macarıstan) və "Çukariçki"dir (Serbiya). Bununla bağlı bütün suallar Polşanın Avroliqa təmsilçilərinin, eləcə də Macarıstanın dördüncü komandasının adı dəqiqləşəndən sonra aydınlıq gələcək.
Qeyd edək ki, avrokuboklardakı təmsilçilərimizin rəqibləri iyunun 22-də UEFA-nın
püşkatmasında müəyyənləşəcək.
