1 iyun 2015 00:10
Neftçi İnterin futbolçusu ilə müqavilə bağlayır
"İnter"lə yollarını ayıran Fuad Bayramov "Neftçi"yə keçə bilər. Azerisport.az xəbər verir ki, artıq tərəflər bununla bağlı razılığa gəliblər.
Böyük ehtimalla bu gün - iyunun 1-də Bayramov "Neftçi" ilə rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, Fuadın "İnter"lə müqaviləsinin müddəti başa çatıb. Bu üzdən də o, azad agent hesab olunur.
