31 may 2015 13:30
Pavel Başayev Bakıya gəlir
Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev bu gün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki tərəfindən dəvət alan futbolçu toplanışda iştirak edəcək.
Paşayev iyunun 7-də Serbiya ilə yoxlama, eləcə də ayın 12-də keçiriləcək Norveçlə AÇ-2016-nın seçmə mərhələ oyununda iştirak etmək şansına malikdir.
