31 may 2015 12:00
Artyom Milevskinin meneceri: Azərbaycandan heç bir təklif yoxdur
Xorvatiyanın "Hayduk" klubunun ukraynalı hücumçusu Artyom Milevskinin meneceri Aleksandr Pankov sözügedən futbolçunun Azərbaycanda oynamaq perspektivindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycandan heç bir təklif almamışıq. Həm də düşünürəm ki, yaxın ölkələrdən gələcək təkliflərə ən sonda baxmış olacağıq".
Qeyd edək ki, bir müddət öncə Milevskinin "Qəbələ" və ya "Neftçi"də oynamaq variantının olduğu bildirilirdi. Hətta onun Azərbaycanda ilinə 350 min dollara oynayacağı iddia olunurdu.
