Çelsi, Mançester Siti və Romanın oyunçuları Azərbaycan ilə oyuna dəvət olundu
Serbiya yığmsının baş məşqçisi Radovan Çurçiç Azərbaycanla yoxlama və Danimarka ilə AÇ-2016-nın seçmə mərhələ oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, o, milliyə 23 futbolçu dəvət edib:
Qapıçılar: Vladimir Stoykoviç ("Makkabi", Hayfa, İsrail), Jelko Brkiç ("Kalyari", İtaliya), Jivko Jivkoviç ("Partizan", Serbiya);
Müdafiəçilər: Duşan Basta ("Latsio", İtaliya), Nenad Tomoviç ("Fiorentina", İtaliya), Branislav İvanoviç ("Çelsi", İngiltərə), Nikola Maksimoviç ("Torino", İtaliya), Matiya Nastasiç ("Şalke", Almaniya), Stefan Mitroviç ("Frayburq", Almaniya), Aleksandr Kolarov ("Mançester Siti", İngiltərə), İvan Obradoviç ("Mexelen", Belçika);
Yarımmüdafiəçilər: Radoslav Petroviç ("Dinamo", Kiyev, Ukrayna), Lyubomir Feysa ("Benfika", Portuqaliya), Nemanya Matiç ("Çelsi", İngiltərə), Nemanya Qudel ("Alkmaar", Hollandiya), Luka Milivoyeviç ("Olimpiakos", Almaniya), Filip Dyuriçiç ("Sauthempton", İngiltərə), Adem Lyayiç ("Roma", İtaliya), Zoran Toşiç (ÇSKA, Rusiya), Filip Kostiç ("Ştutqart", Almaniya);
Hücumçular: Aleksandr Mitroviç ("Anderlext", Belçika), Lazar Markoviç ("Liverpul", İngiltərə), Piter Skuletiç ("Lokomotiv", Rusiya).
Qeyd edək ki, Azərbaycanla Serbiya arasında matç iyunun 7-də Avstriyada baş tutacaq.
