30 may 2015 15:00

Elşad Quliyev: Komandam yarımfinala qədər irəliləyəcək gücdədir

Azərbaycanın çimərlik futbolu üzrə "Amrahbank" klubunun baş məşqçisi Elşad Quliyev İtaliyada keçiriləcək EuroWinnersCup turniri öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, eyni qrupda yer aldıqları "Lokomotiv" (Rusiya), "Monpelye" (Fransa) və "Konstanta" (Rumıniya) ilə görüşlərdəki şanslarından danışıb.

- Komandanız qarşıdakı turnirə nə dərəcədə hazırdır?
- Komandanın 80 faizi Azərbaycan yığmasının üzvlərindən təşkil olunub. Bakıdakı toplanışımız bir neçə gün öncə başa çatdı. Hazırlıq üçün daha bir neçə gün vaxtımız var. Bu gün İtaliyaya yola düşəcəyik. Qalan hazırlığımızı orada davam etdirəcəyik.

- İtaliyaya hansı ümidlərlə gedirsiniz?
- Çətin qrupa düşmüşük. Amma qrup mərhələsini keçəcəyimizə inanıram.

- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- "Amrahbank" üçün bu turnir bir ilk olacaq. Reytinqimiz aşağı olduğundan püşkatma zamanı ən zəiflərin yer aldığı dördüncü səbətdə idik. Amma oyunçularımızın beynəlxalq oyun təcrübəsi çoxdur. Qarşımıza qrupdan çıxmaq hədəfi qoyulub. Lakin komandanın yarımfinala qədər irəliləyəcək gücdə olduğunu düşünürəm.

- Qarşıda Avropa Oyunları da var və komandanızın əksər üzvləri orada da çıxış edəcək. Yəqin ki, yığmanın baş məqçisi Ze Migel də İtaliyadakı oyunları izləyəcək...
- Düzünü deyim ki, Ze Migelin planlarından xəbərim yoxdur. Amma onun komandamın oyunlarını izləyəcəyini düşünürəm.

- Bu turniri yığmamız üçün də Avropa Oyunlarına hazırlıq kimi dəyərləndirmək olar?
- Şübhəsiz. Turnir oyunçulara formada qalmağa kömək edəcək. Azərbaycan yığmasının necə çətin qrupa düşdüyünü nəzərə alsaq, İtaliyadakı avrokubok oyunları bu baxımdan çox faydalı olacaq. Avropanın ən yaxşı komandalarına qarşı layiqli mübarizə aparmaq üçün belə klub turnirlərində də uğurlu nəticələrə imza atmaq vacibdir.

- Final oyunu iyunun 7-də baş tutacaq. Ən yaxşı halda həlledici oyuna vəsiqə qazana bilsəniz, millimizin üzvləri Avropa Oyunlarında yorğunluq problemi ilə üzləşməzlər?
- Bakıda iyunun 9-da qayıdacağıq. Avropa Oyunlarında isə çimərlik futbolu üzrə turnir ayın 22-də start götürəcək. İstirahət və hazırlıq üçün iki həftə vaxt olacaq. Ona görə də hansısa problem olacağını düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.