30 may 2015 00:35

Qurbanov, Musayev və Gözəl Qurban adına filmindən danışdı

Ötən gün "Qarabağ"ın son avrokuboklar mövsümündəki uğurlarına həsr olunan "Qurban adına" aldı sənədli filmin təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, təqdimat mərasimindən sonra tədbirdə iştirak edən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl, PFL-in prezidenti Ramin Musayev, eləcə də komandanın baş məşqçisi Qurban Qurbanov filmlə bağlı fikirlərini bölüşüblər:

Qurban Qurbanov: "Film xoşuma gəldi. Filmin müəllifi Şakir Eminbəyli ilə söhbətimdə dedim ki, mən diqqət mərkəzində olmağı sevmirəm. O, məndən müsahibə alıb, filmdə istifadə edib. Ümumiyyətlə, filmdə məndən çox söhbət açılıb. Mənə elə gəlir ki, bu filmi ilk 45 dəqiqə hesab etmək lazımdır. Elə etmək lazımdır ki, onun ikinci hissəsi də çəkilsin.                  Bunun üçün arxayınlaşmamaq və çalışmağa davam etmək lazımdır. Bu filmi telekanallarda da göstərmək lazımdır ki, "Qarabağ"ın azarkeşləri daha da çox olsun".

Ramin Musayev: "Yaxşı film idi. Xoşuma gəldi. Ötən illəri yadıma saldı. Qurban mənim üçün doğma insandır. Biz birgə çalışmışıq. Hesab edirəm ki, onun uğurlarında mənim də payım var".

Tahir Gözəl: "Film xoşuma gəldi. "Qarabağ" sıradan bir komanda deyil. Biz gələcəkdə də uğurlu çıxış etməliyik ki, daha böyük nəticələrə imza ataq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.