Qarabağ üçün 17 potensal rəqibdən 15-i bəllidir
Azərbaycan çempionu "Qarabağ" ölkəmizi yeni avrokuboklar mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qüvvəsini sınayacaq çempionumuz mübarizəyə ənənəvi olaraq, ikinci təsnifat mərhələsindən başlayacaq.
Ağdam klubunun 17 potensial rəqibindən artıq 15-i məlumdur. Bəribaşdan qeyd edək ki, Azərbaycan çempionu iyunun 22-də baş tutacaq püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.
Hazırda yalnız üç ölkənin çempionu bəlli deyil. Bunlar Polşa, Bosniya və Herseqovina və Çernoqoriyadır. Amma istənilən halda Polşa çempionu "Qarabağ"ın da yer alacağı səpələnmişlər səbətinə düşəcək. Belədə, digər iki ölkənin çempionları Ağdam klubunun potensial rəqibləri kimi səpələnməmişlər səbətində olacaqlar.
UEFA Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar - 30 iyun/1 iyul - cavab oyunları - 7/8 iyul):
Səpələnmişlər: "Nyu-Seynts" (Uels), "Levadiya" (Estoniya), "Pünik" (Ermənistan), "Santa-Koloma" (Andorra).
Səpələnməmişlər: "Kruseyders" (Şimali İrlandiya), "Torshavn" (Farer adaları), "Linkoln Red İmps" (Cəbəllütariq), "Folqore" (San-Marino).
İkinci təsnifat mərhələsi (14/15 - 21/22 iyul):
Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorest" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya), "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Videoton" (Macarıstan), "Şkenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya").
Səpələnməmişlər: "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Sloveniya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), Bosniya və Herseqovina çempionu ("Sarayevo" və ya "Jelezniçar"), Çernoqoriya çempionu ("Rudar" və ya "Sutyeska"), birinci təsnifat mərhələsinin 4 qalibi.
Üçüncü təsnifat mərhələsi (28/29 iyul - 4/5 avqust):
"Bazel" (İsveçrə), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çex Respublikası).
