29 may 2015 16:00

"Ramazanovun yediyi ətlər bir kənara, qəbul etdiyi müxtəlif salatların mayonezi bəlkə də hələ bağırsaqlarından sovrulmayıb"

"Xəzər Lənkəran", komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovun saytımıza verdiyi müsahibəyə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında klubun mətbuat xidməti bunları qeyd edib:

"Ağabala Ramazanov iddialarını özü belə oxuyarkən dediklərinə inanırmı? Klubun bazasında hər kəs gündə üç dəfə olmaqla yuksək səviyyədə qidalanır. Ramazanovun bazanın yeməkxanasında yediyi ətləri bir kənara qoyuram, qəbul etdiyi müxtəlif çeşiddə soyuq salatların mayonezi bəlkə də hələ bağırsaqlarından sovrulmayıb. Bunu subut belə etməyə ehtiyac yoxdur. Hər bir klubun nizam-intizam kodeksi var və bu kodekslə hər kəs öncədən tanış olur. 19 fevralda "Qəbələ" ilə səfər oyununda əvəzlənərkən birbaşa soyunub geyinmə otağının yolunu tutan Ramazanova klub "sağ ol" deməli idi? Yaxud, digər intizam kodekslərinə riayət etməyən Ramazanov cəzalanacağını bilmirdimi? Mövsüm ərzində ən böyük şans ona verilib və vurduğu qolların sayına baxsın. Əlbəttə, əgər qol vurubsa ... Klubu olmayan şeylərlə ittiham etmək gənc futbolçuya yaraşmır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.