29 may 2015 13:15

Ağabala Ramazanov: Mənə saqqalımı qırxmağı tapşırıb, 24 min əvəzinə 4 min ödədilər

"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov komandasının son mövsümdəki çıxışı, klubun maliyyə vəziyyəti, eləcə də qarşıdakı planları barədə danşıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Artıq 4 aydır maaş almırıq. Ötən dəfə 4 aylıq maaşımı almağa gedəndə 24 000 dollar əvəzinə mənə cəmi 4 min ödədilər. Deyirlər ki, saqqalını qırx. Başa düşə bilmirəm nə məsələdir. Müsəlman saqqal saxlamalıdır da. Biz vəhabi deyilik, terrorçu deyilik. Dekabrdan bəri pul almırdım, axırı da belə. Bu, hansı ölkədə mümkündür? Hansı klubda bu qədər borc saxlamaq, sonda da bunu saqqal saxlamaqla bağlamaq olar?"

Ramazanovun sözünə görə, futbolçular xərclərini özləri çəkirlər: "Yaşadığımız mənzillərin kirayəsini də özümüz ödəmişik. Müxtəlif ethiyaclarımız olur ki, öz cibimizdən pul xərcləməli oluruq. Düşünməyin ki, "Xəzər Lənkəran"da hər şey yaxşıdır. Bizə hətta bir ara deyirdilər ki, bazada qalmaq istəyirsinizcə, 1000 dollar ödəyin, qalın. Məgər belə şey olar?"

"Bir neçə gün zədəli oldum. Amma mənə heç kim zəng edib, maraqlanmadı ki, vəziyyətim necədir. Danışanda isə elə bilirsən ki, superpeşəkarlardırlar. Mən hətta necə evlərdə qaldığımızın şəkillərini də sizə göndərə bilərəm. Uşaqlar 50 qəpiklik sosiskalarla qidalanırlar. Halbuki, bizə ət yemək lazımdır. Son aylarda çox çalışırdıq, amma bizim əziyyətimizə qiymət verən yoxdur".

Klubun mətbuat xidməti isə futbolçunun açıqlamalarına belə münasibət bildirdi: "Komandada gənc futbolçular kifayət qədərdir. Onlara isə nəzarət lazımdır. Biz onların üzlərinin təmizliyinə, saç düzümlərinə, saçlarına gel vurmamağa nəzarət edirik. Məsələ burasındadır ki, gənc futbolçu bu yaşlarında öz xarici görünüşü barədə yox, oyunu haqda düşünməlidir. Amma buna görə heç bir cərimə nəzərdə tutulmayıb. Biz oyunçuları uğursuz oyunlar zamanı cərimə edə bilərik. Həmin cərimələr də yüksək məbləğli olmur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.