28 may 2015 17:30

Çingiz Həsənov Qarabağ və futbol ictimaiyyətindən üzr istədi

Sosial şəbəkədə "Qarabağ"la bağlı qalmaqallı açıqlamanın müəllifi, "Neftçi"nin əməkdaşı Çingiz Həsənov bu hərəkətinin böyük rezonans doğurması ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Hörmətli, dostlar, KİV nümayandələri. Nəzərinizə çatdırım ki, mən Həsənov Çingiz uşaqlıqdan “Neftçi” azarkeşiyəm və ömrüm boyu belə də qalacaq. Hətta yaşadığım evin qapısında böyük Neftçi logosu çəkdirmişəm. Allah mənə qismət edib ki, uşaqlıq arzum olan komandanda məhz “Neftçi”də 5 ildən artıq müddətdir ki, çalışıram. Ötən gün şəxsi facebook səhifəmdə kapitanımız Flavinyo ilə çəkdirdiyim şəkil, daha doğrusu şəkilə yazdığım şərh birmənalı qarşılanmayıb və bundan bəzi insanlar istifadə edərək, iki komanda arasında olan münasibətləri korlamaq, eləcə də digər məqsədlər üçün yazdıqlarımı mətbuat səhifəsinə çıxarıblar. Mən bunu “Neftçi” rəsmisi kimi deyil, “Neftçi”nin canı qədər çox sevən azarkeş kimi yazmışdım. Bu, azarkeş fikri idi. Bu fikirlərimin “Neftçi” rəsmisi kimi təqdim olunması düzgün deyil. Əslində rus dilində yazılmış ifadələr də icitmaiyyətə təqdim olunduğu kimi səslənmir. Bəlkə də düşüncələrimi ifadə etmək üçün yalnış ifadələr seçmişəm. Bununla belə yalnış anlaşıldığıma görə futbol ictimaiyyətindən, “Qarabağ” klubunun azarkeşlərindən üzr istəyirəm. Mən bir neftçili olaraq, Qəbələdə keçiriləcək finalda “Qarabağ”ı məğlub edəcəyimizdən əminəm.

Hörmətlə, Çingiz Həsənov".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.