28 may 2015 00:25
Elvin Camalov: Serbiya və Norveçə qarşı oynamağıma baş məşqçi qərar verəcək
"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığma komandaya dəvət almağı hər bir futbolçu istəyər. Mənim kimi gənc futbolçu üçün bu, özümü göstərmək baxımından çox yaxşı şansdır. Serbiya və Norveçlə oyunlarda meydana çıxmaq şansıma gəlincə, buna baş məşqçi qərar verəcək".
