27 may 2015 20:30

Aleksandr Çertoqanov: İnter rəhbərliyi komandanı saxlamaq üçün əlindən gələni edəcək

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- "İnter"ə qarşı oynamaq həmişə çətin olub. Düzdür, onların hazırda maliyyə problemləri var. Amma bunun müvəqqəti olduğunu düşünürəm. Onların gəncləri də meydana qələbə üçün çıxacaqlar.

- Yəni onların hazırkı vəziyyətindən xəbərdarsınız?
- Əlbəttə. Amma əminəm ki, klub prezidenti və rəhbərlik komandanı saxlamaq üçün əlindən gələni edəcək. "İnter"də həmişə peşəkarlar oynayıblar.

- "Qarabağ"ın çempionluğu sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Onlar ilk turlardan sabit nəticə qazanırdılar. Həm sərgilədikləri oyun, göstərdikləri xarakter baxımından hər kəsi qabaqlayırdılar. Ona görə də sonda çempion oldular.

- "Sumqayıt"la müqavilənizin müddəti başa çatır. Növbəti planlarınızı müəyyənləşdirmisiniz?
- Hələ "Sumqayıt"da qalıb-qalmayacağımı bilmirəm. Mənə istirahət edib, düşünmək lazımdır. Ondan sonra qərar verəcəyəm.

- Azərbaycan yığmasına dəvət gözləyirdiniz?
- Baş məşqçi Robert Prosineçki oyunları diqqətlə izləyir. Ona görə də o, hansı futbolçuları lazım bilsə, onlara da dəvət göndərir.

- Yığmaya yeni dəvət olunan Pavel Paşayevi tanıyırsınız?
- Şəxsən tanımıram. Amma oyununu görmüşəm. Fikrimcə, komandaya faydası olacaq. Mən özüm Dnepropetrovskanam, Paşayev isə Zaporojyedə oynayır. Yaxındırlar.

- Karyeranızı başa vurduqdan sonra Azərbaycanda qalmağı düşünmürsünüz?
- Hələ qərar verməmişəm. Şəxsi həyatla məşğul olmaq lazımdır, yaş tələb edir (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.