27 may 2015 18:45

Rəşad Sadiqov Qəbələnin uğurunun sirrini açdı

Rəşad Sadiqov "Qəbələ"yə qışda transfer edilənlər arasında yeganə yerli futbolcudur. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”dan gələn təcrubəli yarımmudafiəci mukafat kolleksiyasını “burunc”lə zənginləşdirməyə cox yaxındır.

Başa çatmaqda olan mövsümdə komandanın qənaətbəxş çıxış etdiyini deyən Rəşad avrokuboklar haqqında “Bakı” ilə oyundan sonra düşünəcəklərini bildirdi: “Sözsüz ki, bu, belədir. Ümumilikdə, nəticəni qənaətbəxş saymaq olar. Ən azı ona görə ki, “Qəbələ” qış fasiləsində 6-cı pillədə idisə, hazırda 3-cü yerdəyik. Avroliqaya vəsiqəni təmin etmişik və bürünc medal qazanmaq şansımız böyükdür. Ona görə də, çempionatı mükafatçı kimi bitirsəydik, lap yaxşı olardı. Əsas odur ki, indi hər şey özümüzdən asılıdır və başqa oyunların nəticəsini gözləmirik. Avrokuboklara gəlincə, bu barədə nəsə demək bir qədər tezdir. Çünki mövsüm hələ bitməyib, sonuncu vacib oyunumuz qalıb. “Bakı”yla matçda çalışacağıq ki, qalib gəlib gümüş medala sahib çıxaq. Yalnız bundan sonra avroliqa barədə düşünmək olar”.

Sadiqovun fikrincə, mövsümün bizim üçün uğurla başa çatmasında rəhbərliyin komandaya, yeni baş məşqçiyə dəstəyi və etimadının böyük rolu olub: “İnam olan yerdə nəticə də olur. Komanda 11 oyundur məğlub olmur. Düşünürəm ki, klub rəhbərliyinin komandaya və baş məşqçiyə daim dəstək verməsi uğurlu çıxışımızda böyük rol oynadı. Futbolçularla baş məşqçi arasında anlaşmanın yüksək səviyyədə olması da öz sözünü dedi. Baş məşqçi amilini qeyd etməyə bilmərəm. Roman Qriqorçukun rəqibləri yaxşı təhlil etmək bacarığı onun əsas üstünlüklərindəndir. Ukraynalı mütəxəssisin yaratdığı nizam-intizam da sabit nəticə göstərməyimizdə az rol oynamadı”.

32 yaşlı futbolçu “Qəbələ”yə gəlişindən az sonra zədə üzündən bir müddət
əsas heyətdən kənarda qalsa da, son oyunlarda yerini möhkəmlədib. “Qəbələ” ilə müqavilə müddəti bitməkdə olan Sadiqov “qırmızı-qaralar”da karyerasını davam etdirmək istəyir: “Fevralda millimizin Antalya toplanışına çağırılsam da, zədə üzündən gedə bilmədim. Həmin vaxt 2 həftə müalicə olundum. Bundan sonra əsas heyətə düşməkdə çətinlik çəksəm də, artıq start 11-liyinə qayıtmışam və son 3 görüşün hər birində 90 dəqiqə oynamışam. Hazırda formadayam, özümü yaxşı hiss edirəm. Yenə oynayıb, komandanın uğurları üçün çalışmaq istəyirəm. Ancaq hər şey baş məşqçimizin seçimindən və klub rəhbərliyinin qərarından asılı olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.