27 may 2015 18:30

Eyni dəqiqə, eyni hesab

“İnter”lə oyunda fərqlənən Aleksey Qay “Qəbələ”nin bu il ən erkən qolunun muəllifi olub. Azerisport.az xəbər verir ki, 33 yaşlı ukraynalı yarımmudafiəci 5-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Bölgə təmsilçisi Roman Qriqorcukun dovrundə bunadək ən tez qolu da Qəbələdə paytaxt təmsilcisi ilə matcda vurmuşdu. Seneqallı hucumcu Viktor Mendi 22-ci turda fevralın 15-də “Neftci”ylə ev oyununun 10-cu dəqiqəsində hesabı acmışdı. Ancaq sonradan 3 qol vuran rəqib komanda 3:1 hesabı ilə qalib gəlmişdi.

Rekorda şərik olan…

Bu dəfə Mendidən 5 dəqiqə tez fərqlənən Qay cari çempionatda rekorda şərik olub. Belə ki, “Qəbələ” cari çempionatda ən erkən qolunu məhz 5-ci dəqiqədə vurub. Maraqlıdır ki, bu, qəbələlilərin axırıncı turda görüşəcəyi “Bakı”yla ilk ev oyununda olub. Həmin matçın 5-ci dəqiqəsində braziliyalı yarımmüdafiəçi Dodo bakılıları oyuna mərkəzdən başlamağa məcbur etmişdi. Ümumiyyətlə, həmin görüş və “İnter”lə son matç, demək olar, eyni ssenari ilə gedib. Təsadüfi deyil ki, 11-ci tur çərçivəsində noyabrın 2-də keçirilən həmin oyunda da rəqib fasiləyədək tarazlığı bərpa edə bilmiş və 1:1 hesabı sonadək dəyişməmişdi.

...və ilk hissədə fərqlənən Qay

Qış fasiləsində “Qəbələ”yə keçən Aleksey artıq 4-cü qolunu vurub. İlk vaxtlar fərqlənə bilməyən təcrübəli futbolçu Azərbaycanda qol hesabını 26-cı turda martın 18-də “İnter”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunun 40-ci dəqiqəsində açıb. Bundan sonra o, “Neftçi” (3:1, 25-ci dəqiqə) və “Sumqayıt”la (2:0, 39-cü dəqiqə) səfər matçlarında fərqlənmişdi.
Maraqlıdır ki,”Şaxtyor”un heyətində UEFA qalibi olan legioneri Topaz Premyer Liqasında, bir qayda olaraq, ilk hissədə fərqlənir və komandası həmin matçlarda mütləq xal qazanır. Qay “qırmızı-qaralar”ın cari çempionatda bombardilər siyahısında 4 qolla 4-cü pillədə qərarlaşıb. Ən sərrast futbolçu isə 11 qolun müəllifi Cavid Hüseynovdur. Siyahıda sonra gələn Mendi 7, Dodo 5 dəfə fərqlənib. Kapitan Ruslan Abışov və nigeriyalı Ekiqo Ehiosun 4 qola imza atıblar. Bəxtiyar Soltanov 2, Ürfan Abbasov, slovakiyalı Pavol Farkaş və braziliyalı sabiq legioner Markinyoş hərəyə 1 dəfə fərqləniblər. Daha 3 qol isə Laşa Kasradze (AZAL), Vüqar Bəybalayev (“Bakı”) və Namiq Ələsgərovun (“Qarabağ”) avtoqollarıyla gerçəkləşib.

Qay kimi cari mövsümdə eyni komandaya, azı, 2 oyunda qol vuran futbolçular var. Bu baxımdan rekordçu Caviddir. 27 yaşlı yarımmüdafiəçi AZAL-a 4, ”Xəzər Lənkəran”la “Sumqayıt”ın hər birinə 2 qol vurub. Mendi isə “Neftçi”nin qapısına 2 dəfə yol tapıb.

“Qəbələ” üçün populyar hesab

Cari mövsümdə ən çox qeydə alınan hesab 1:1-dir. Belə ki, ölkə kubokunu da nəzərə alsaq, “qırmızı-qaralar”ın hesabında olan 34 matçın 6-sı bu hesabla nəticələnib. Həm də 1:1 hesabı ən çox - 2 dəfə məhz “İnter”lə oyunlarda, özü də Qəbələdə qeydə alınıb. Sırf heç-heçələrə gəlincə, 3 dəfə 0:0, 1 dəfə isə 3:3 hesabı qeydə alınıb. Komanda bu mövsüm daha çox 2:0 hesabı ilə qalib gəlib - 4 dəfə. Qalan qələbələr 3:1, 2:1, 1:0 (hərəsində 3 dəfə), 4:0 və 3:0 (hərəsində 1 dəfə) hesabları ilə olub. Məğlubiyyətlər isə 0:3, 0:2 (hərəsində 2 dəfə), 0:1, 0:4, 1:3, 2:3, 1:2 (hərəsində 1 dəfə) hesablarıyla baş verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.