27 may 2015 15:00

Qarabağın futbolçuları: Dneprə azarkeşlik edəcəyik, amma favorit Sevilyadır

Bu gün Avropa Liqasının final matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin həlledici görüşündə İspaniyanın "Sevilya" klubu ilə qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olmuş Ukrayna "Dnepr"i qarşılaşacaq.

Məhz bu üzdən Ağdam klubunun üzvlərindən finalla bağlı proqnozlarını öyrənməyə çalışdıq:

Rəşad Sadıqov: "Dnepr"i yaxşı tanıyırıq. Onların nəyə qadir olduğunu da bilirik. Amma "Sevilya" bu matçın favoritidir. İspanların böyük hesablı qələbəsini gözləyirəm. Ən azından 3:0 hesablı qələbə olacağını düşünürəm. Amma gizlətmirəm ki, ukraynalılara azarkeşlik edəcəyəm".

Namiq Yusifov: "Ukrayna klubuna azarkeşlik edəcəyəm. Final oyunlarının necə bitəcəyini öncədən demək çətindir. Xüsusilə də "Dnepr" kimi komandanın oynadığı görüşdə. Çünki onların finala çıxacağını çox az adam gözləyərdi. "Sevilya"ya da qalib gəlmək bu komanda üçün çox çətin olacaq. Çünki İspaniya klubu çox təcrübəlidir. Amma yenə də düşünürəm ki, ukraynalılar növbəti dəfə bütün Avropanı təəccübləndirə bilərlər".

Maksim Medvedev: "Məncə, Avroliqanın qalibi "Sevilya" olacaq. Amma mən "Dnepr"ə azarkeşlik edəcəyəm. Baxmayaraq ki, onların uğur qazancağına elə də çox inanmıram. Əminəm ki, bu komanda yenə müdafiə futboluna üstünlük verəcək. Qollu oyun olacağını düşünmürəm. Maksimum, 3 qol vurula bilər".

Vüqar Nadirov: "Dnepr"in finala çıxması mənim üçün xoş oldu. Çünki biz bu komandaya qalib gəlmişdik. Finalda Ukrayna klubuna azarkeşlik edəcəyəm. Amma "Sevilya"nın onlara şans verəcəyini düşünmürəm. "Dnepr"in necə şanslı komanda olduğunu nəzərə aldıqda isə, finalda hər şeyin baş verməsini gözləmək olar. Bu komanda finala qədər elə qollar vurub ki, adam istər-istəməz hakimlərin həmin vaxt nə işlə məşğul olduğunu düşünür".

Bədavi Hüseynov: "Bu matçın favoriti "Sevilya"dır. Amma futbolda hər şey ola bilər. "Dnepr"in də qələbə qazanmaq şansı var. Mənə elə gəlir ki, maraqlı oyun olacaq. "Dnepr" müdafiə futboluna üstünlük verirsə, "Sevilya" da hücum futbolu sərgiləyir. Onların oyun üslubu xoşuma gəlir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.