27 may 2015 12:45
Neftçinin sabiq futbolçusu vəfat edib
Azərbaycan futboluna ağır itki üz verib. Azerisport.az xəbər verir ki, “Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov mayın 26-da dünyasını dəyişib.
1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində “Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub.
“Neftçi” PFK-nın kollektivi Telman Əzizovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
