27 may 2015 11:15

Denis Silva: Favorit biz yox, Qarabağdır

"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi

- Çempionatın son turunda AZAL-la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Bu oyuna yaxşı hazırlaşırıq. Çempionatı qələbə ilə başa vurmağa çalışacağıq.

- Qarşıda "Qarabağ"la vacib kubok oyunu var...
- Final həmişə gərgin və çətin keçir. Bu dəfə də istisna olmayacaq. Amma biz yenə də oyuna qələbə üçün çıxacağıq.

- Ağdamlıların kapitanı Rəşad Sadıqov finalda "Neftçi"nin favorit olduğunu deyib...
- Mən belə düşünmürəm. Finalın favoriti "Qarabağ"dır. Bu komanda ardıcıl iki mövsümdür ölkə çempionu olur. Ona görə də favorit məhz onlardır.

- Kubokun finalında qələbə qazansanız, bunu çempionatdakı uğursuzluğun revanşı saymaq olar?
- Bəli. Biz artıq uzun müddətdir ağdamlılara qalib gələ bilmirik. Amma final oyununa revanş hissi ilə yox, kuboku qazanmaq əzmi ilə çıxacağıq.

- Son uğursuzluqlardan, üç futbolçunun qovulmasından sonra komandada atmosfer necədir?
- Dəyişən heç nə yoxdur, hər şey əvvəlki kimidir.

- "Neftçi" ilə yeni müqavilə imzalamaq haqda düşünürsünüz?
- Hələ yeni müqavilə ilə bağlı təklif gəlməyib. Finaldan sonra müzakirə edərik.

- Bəs digər klublardan təklif var?
- Xarici klublardan var. Amma mənim kimi, ailəm də Azərbaycanda qalmaq istəyir.

- Final Qəbələdə keçiriləcək. Bu mövsüm oradakı iki oyundan birində qalib olmusunuz, digərində heç-heçəyə imza atmısınız...
- Fikrimcə, Qəbələdə oynamaq hər iki komanda üçün yaxşı olacaq.

- Yəqin ki, sizin üçün dayandırılması çətin olan oyunçulardan biri Reynaldo olacaq...
- Biz təkcə Reynaldoya yox, "Qarabağ"a qarşı oynayacağıq.

- "Neftçi" kuboku da qazana bilməsə, mövsümü boşa verilmiş saymaq olar?
- Buna qədər biz üç dəfə ardıcıl ölkə çempionu olmuşduq, iki dəfə kuboku qazanmışdıq, Avropa Liqasının qrup mərhələsində oynamışdıq. Bu finalda "Qarabağ"a uduzsaq, sadəcə, başımızı aşağı salıb, evimizə yollanacağıq. Hər halda növbəti mövsümdə uğur qazanmaq barədə düşünmək üçün vaxtımız olacaq.

- "Neftçi" bu mövsüm çempionatda niyə "Qarabağ"la rəqabət apara bilmədi?
- "Qarabağ" qızıl medalları qazanmağa layiq idi. Hər bir komandanın uğursuz dövrləri olur. "Neftçi" yaxşı komandadır, güclü oyunçuları var. Sadəcə, bu mövsüm bizdə alınmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.