27 may 2015 00:50

"Rəhbərliyin, məşqçilərin və azarkeşlərin ümidlərini doğrulda bildiyimiz üçün çox sevinirik"

“İnter”in əsas komandasının gənc yarımmüdafiəçisi Mansur Nəhavəndi klub saytına müsahibəsində əvəzedici heyətin çempion olmasından danışıb, son oyun barədə fikirlərini bildirib və klubla bağlı planını açıqlayıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Mansur, ilk növbədə çempion olmağınız münasibətilə təbrik edirəm.
- Çox sağ olun, minnətdaram.
 
- Çempionluğa aparan yolu necə qiymətləndirirsən?
- Turnir çox çətin keçdi. Ötən il ilə müqayisədə, cari mövsümdə liderliyə daha çox komanda can atırdı. Amma biz uğura addım-addım yaxınlaşdıq, öz oyunumuzu düşündük və hədəfimizə çatdıq. “İnter” komandasının daha güclü olduğunu bir daha təsdiqləməkdən böyük məmnunluq duyuruq.

- Son oyunda komanda üzvləri ötürmələrdə tez-tez səhvlərə yol verirdi. Bunu çempionluğa çox yaxın olmağın həyəcanı ilə izah etmək olar?
- Bəli, hamı bilirdi ki, çempionluğun astanasındayıq və hər birimizin üzərinə böyük məsuliyyət düşürdü. Həyəcanın olması futbolçuların oyununa təsir göstərirdi. Ancaq oyun ərzində əlverişli məqamlardan istifadə edərək qələbə qazanmağı bacardıq və istədiyimizə nail olduq.

- “İnter” artıq iki mövsümdür çempion olur. Bu uğuru nə ilə əlaqələndirərdin?
- İlk növbədə “İnter” rəhbərliyinin bizə olan inamı və yaratdığı şərait ilə, eləcə də məşqçilər korpusunun dayanmadan üzərinə düşən işləri layiqincə yetirmələrilə əlaqələndirərdim. Çemponluq titulumuzun qorunması üçün məşqçilər və futbolçular kollektiv olaraq çalışdılar, gərgin və çətin çempionluq yolunu uğurla başa vurdular. “İnter” rəhbərliyinin və məşqçi korpusunun, eləcə də azarkeşlərin bizə olan ümidlərini doğrulda bildiyimiz üçün çox sevinirik.

- Artıq uzun müddətdir “İnter” klubunun uğurları üçün çalışırsan. Əsas komandanın heyətində yer almısan və təlim-məşq prosesinə cəlb edilirsən, mütəmadi olaraq əvəzedici heyətdə meydana çıxırsan. “İnter”lə bağlı sonrakı planın barədə məlumat verə bilərsən?
- İki ilə yaxındır əsas heyətə cəlb olunmuşam. Ötən müddət ərzində özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. Əsas məqsədim ilk 11-likdə yer almaqdır. Mən futbol oynamağa “İnter” klubunda başlamışam. “İnter” mənə doğma komandadır və bundan sonra da klubun uğurları üçün var gücümlə çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.